XƏBƏR LENTİ
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Peter Çex yenidən "Çelsi"də
İdman 16:35 / 21.06.2019


Çexiya millisinin sabiq qapıçısı Petr Çex İngiltərənin "Çelsi" klubuna qayıdıb.
O, London təmsilçisində texniki məshələtçi vəzifəsini yerinə yetirəcək.
Təcrübəli qolkiper klubun futbol məsələləri ilə bağlı məsləhətlər verməli, akademiya komandaları arasında güclü əlaqə yaratmalı və müxtəlif şöbələrin səmərəli şəkildə işləməsini təmin etməlidir.
Qeyd edək ki, Petr Çex 2004 - 2015-ci illərdə "Çelsi"də çıxış edib. O, karyerasını Londonun digər komandası "Arsenal"da başa vurub. Bakıdakı Avropa Liqasının finalı onun son oyunu olub. Həmin görüşdə "Arsenal" "Çelsi"yə 1:4 hesabı ilə uduzub.

30498 oxunub

InvestAZ