XƏBƏR LENTİ
30 May 2024
29 May 2024
28 May 2024
27 May 2024
24 May 2024



Yüksək Liqa: mükafatlar uğrunda keçiriləcək oyunların tarixləri müəyyənləşdi
İdman 11:12 / 19.04.2024

Qadın və kişi voleybolçular arasında Azərbaycan çempionatlarında final və üçüncü yer oyunlarının tarixləri müəyyənləşib. 

Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə,  Yüksək Liqada bürünc mükafat uğrunda qarşılaşmalar aprelin 20-də, finallar isə 22-si və 23-də keçiriləcək.

Aprelin 20-də Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində ilk olaraq kişi voleybolçular üçüncülük uğrunda meydana çıxacaqlar. Saat 15:00-da start götürəcək matçda MOİK və "Neftçi” üz-üzə gələcək.

Daha sonra qadın voleybolçular üçüncü yerin sahibini müəyyənləşdirəcəklər. Saat 18:00-da "Gəncə” və "Murov Az Terminal” komandaları münasibətləri aydınlaşdıracaqlar.

Aprelin 22-də Bakı İdman Sarayında final matçına start veriləcək. Həmin gün kişi voleybolçuların mübarizəsində çempion adına aydınlıq gələcək. Saat 16:00-da başlayacaq oyunda "Azərreyl” və "Murov Az Terminal” kollektivləri üz-üzə gələcək. 

Aprelin 23-də saat 16:00-da isə qadın voleybolçuların final matçı təşkil olunacaq. "Azərreyl” və "Abşeron” komandaları çempionu müəyyən edəcəklər.

Qeyd edək ki, final oyunundan dərhal sonra qaliblərin (qadınlar, kişilər) mükafatlandırma və çempionatın bağlanış mərasimi keçiriləcək. 


1983 oxunub

InvestAZ