XƏBƏR LENTİ
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Qrossmeysterimiz FİDE reytinqində irəlilədi 
İdman 11:56 / 01.04.2024

Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.

FIDE-nin rəsmi saytında yer alan xəbərə görə, ötən ayla müqayisədə iki pillə irəliləyən Şəhriyar Məmmədyarov (2733) 17-ci sıraya yüksəlib.

Üç pillə geriləyən Teymur Rəcəbov (2723) isə 28-cidir.

Rauf Məmmədov (2651) 85-ci yerdə qalıb. İddiaçılar Turnirində iştirak edəcək Nicat Abasov "100-lük"dən kənardadır.

Siyahıda norveçli Maqnus Karlsen (2830) liderdir. ABŞ-dən olan Fabiano Karuana (2803) və bu ölkənin digər təmsilçisi Hikaru Nakamura (2789) "üçlüy"ü qapayır.

Qadın qrossmeysterlərdən Günay Məmməzadə (2436) 34-cü, Gövhər Beydullayeva (2402) 46-cıdır. Bundan əlavə, Ülviyyə Fətəliyeva (2377) 72-ci, Xanım Balacayeva (2371) 77-ci, Gülnar Məmmədova (2352) 99-cu pillədə qərarlaşıblar.

Siyahıya çinli Yifan Hou (2632) başçılıq edir. İkinci pillədə Venjun Ju (Çin, 2559), üçüncü sırada Aleksandra Qoryaçkina (FIDE, 2553) yer alıb.



20699 oxunub

InvestAZ