XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Büşra Hurigül: “Çalışdım ki, bu dəfə özümü idman sahəsində sınayım”
İdman 13:47 / 15.06.2019

Rəsm çəkməyə böyük həvəsim var. Çəkdiyim rəsm əsərlərini böyük zövqlə hazırlayıram. Bu sözləri olimpnews.az saytına açıqlamasında  "İdman – sağlamlıq, dostluq, birlik...” mövzusunda keçirilən rəsm müsabiqəsində ikinci yerin sahibi olan Büşra Hurigül bildirib.
"Bundan qabaq bir neçə sərgidə iştirak etmişdim. Keçən il "Uşaqların gözü ilə Fövqəladə hallar” mövzusunda çəkdiyim rəsm əsəri birinci yeri tutmuşdu. Çalışdım ki, bu dəfə özümü idman sahəsində sınayım. Fikrimcə, uğurlu oldu. Rəsm əsərim ikinci yerə layiq görüldü. Mükafatçılar sırasında yer almaq mənim üçün böyük uğurdur. Çəkdiyim rəsm əsərində müasir Bakı ilə qədim Bakını sintez etməyə çalışmışdım. Həmin əsərdə Qız Qalası, İçəri Şəhər, neft buruqları, alov qüllələri əks olunub. Bu əsəri çəkmək ideyasını mənə anam vermişdi”, - deyə Büşra Hurigül bildirb.   

19992 oxunub

InvestAZ