XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Superlisenziya üçün balların hesablanma qaydası dəyişdirilib
İdman 13:18 / 15.06.2019

Formula 1 üzrə dünya çempionatında superlisenziya üçün balların hesablanma qaydası dəyişdirilib. 
Bununla bağlı qərar Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Fransanın paytaxtı Parisdəki iclasında qəbul olunub.
Hazırkı qaydaya əsasən, Formula 1-də 40 bala malik və bunları 3 il ərzində qazanmış pilotlar iştirak edirlər. Sərbəst məşğələlərə isə lisenziyada 25 bal olduqda qatılmaq mümkündür. 
2020-ci ildən isə superlisenziyaya ballar qazanmaq üçün yeni imkan yaranacaq. Sərbəst praktikada 100 km-dən çox məsafə qət edən və cərimə almayan iştirakçılar 1 bal alacaqlar. Amma bu zaman belə halların hesablanma imkanına limit qoyulacaq. Yəni 3 il ərzində yalnız 10 bal qazanmaq mümkün olacaq. 
İştirak üçün superlisenziya xalları hesablanan çempionatlar sırasına isə W seriyası da əlavə olunub. Amma bu zaman bal bölgüsü hələlik əsasnaməyə salınmayıb. 
Qeyd edək ki, 2016-cı ildən Formula 1 üzrə dünya çempionatının mərhələlərindən biri Bakıda keçirilir. Bu il yenilənmiş müqaviləyə əsasən, Azərbaycan Qran-prisi 2023-cü ilədək davam edəcək.  


24726 oxunub

InvestAZ