XƏBƏR LENTİ
28 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Əzizə Əfəndiyeva: “Rəsm əsəri ilə dünya dövlətlərinin birliyini təsvir etməyə çalışdım”
İdman 11:22 / 15.06.2019

Qalib olduğum üçün çox sevinirəm. Əsərimin birinci yeri tutması məni daha da həvəsləndirdi. Bu sözləri olimpnews.az saytına açıqlamasında "İdman – sağlamlıq, dostluq, birlik...” mövzusunda keçirilən rəsm müsabiqəsinin qalibi olan Əzizə Əfəndiyeva bildirib. "Humanitar Fənlər Təmayüllü Məktəb Liseyinin 6-cı sinfində təhsil alıram. Çəkdiyim rəsm əsərində yer kürəsi üzərində bayraqlar əks olunurdu. Bu rəsm əsəri ilə dünya dövlətlərinin birliyini təsvir etməyə çalışdım. Düşündüm ki, müsabiqədə iştirak edən hər bir iştirakçı Azərbaycan haqqında rəsm əsəri çəkəcək və bu ideyaya toxunan olmayacaq. Ona görə də dünyanın birliyini göstərən rəsm əsəri çəkdim. Qalib olduğum üçün çox sevinirəm. Əsərimin birinci yeri tutması məni daha da həvəsləndirdi”, - deyə Əzizə Əfəndiyeva bildirib.  

40931 oxunub

InvestAZ