XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Sarri "Yuventus"a gedir
İdman 19:43 / 14.06.2019


Londonun "Çelsi" klubunun baş məşqçisi Mauritsio Sarri "Yuventus"a keçməyə yaxındır.
"Zadəganlar" italiyalı mütəxəssisin Turin klubuna​ getməsinə razılıq verib. Bütün detallarda ortaq məxrəcə gələn tərəflərin yaxın saatlarda keçidi rəsmən açıqlayacağı gözlənilir.
İddiaya görə, "Yuventus" "Çelsi" ilə hələ 1 illik müqaviləsi qalan təcrübəli çalışdırıcıya təzminat ödəyəcək. London klubunda Sarrini "Derbi Kaunti"nin baş məşqçisi Frenk Lempardın əvəzləyəcəyi bildirilir.
Qeyd edək ki, Sarrinin "Yuventus"la 3 illik müqavilə bağlayacağı gözlənilir.


22253 oxunub

InvestAZ