XƏBƏR LENTİ
18 Aprel 2024
17 Aprel 2024
16 Aprel 2024



Maradona istefa verdi
İdman 12:28 / 14.06.2019

Argentina yığmasının heyətində dünya çempionu olmuş Dieqo Maradona Meksikanın "Dorados” futbol klubunun baş məşqçisi karyerasını başa vurub.
Bu barədə onun vəkili Matias Morla özünün "Twitter” hesabında bildirib.
Vəkilin sözlərinə görə, Maradona səhhətində yaranmış problemlərə görə "Dorados”dakı postunu tərk edib.
"Həkimlər ona sağlamlığına vaxt ayırmağı məsləhət gördülər. O, iki çiynində və dizində cərrahi əməliyyat keçirəcək”, - Morla qeyd edib.
Məşqçinin gedişi haqqında informasiyanı futbol klubundan da təsdiqləyiblər.
Dieqo Maradona Meksikanın ikinci divizionunda "Dorados” futbol komandasına 2018-2019-cu illər mövsümündə başçılıq edib.


21077 oxunub

InvestAZ