XƏBƏR LENTİ
19 Aprel 2024
18 Aprel 2024
17 Aprel 2024
16 Aprel 2024



Xorvatiyalı məşqçinin ikinci qayıdışı
İdman 21:01 / 13.06.2019

Xorvatiya millisinin sabiq baş məşqçisi Slaven Biliç yenidən İngiltərədə işləyəcək.
50 yaşlı mütəxəssis Çempionşip təmsilçisi "Vest Bromviç"in sükanı arxasına keçib. Məlumatı klubun rəsmi saytı yayıb. Xorvatiyalı çalışdırıcı ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Biliç daha əvvəl İngiltərə Premyer Liqasında "Vest Hem"i çalışdırıb. O, müxtəlif illərdə Moskva "Lokomotiv"i, "Beşiktaş" və Səudiyyə Ərəbistanının "Əl-İttihad" klublarına da başçılıq edib.

20258 oxunub

InvestAZ