XƏBƏR LENTİ
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024



«Real» Luka Yoviçi ictimaiyyətə təqdim etdi
İdman 20:21 / 13.06.2019


"Real" "Ayntraxt"dan aldığı Luka Yoviçi ictimaiyyətə təqdim edib. Madrid «Real»ının rəsmi saytına istinadən yaydığı xəbərə görə, təqdimat mərasimi "Santyaqo Bernabeu" stadionunda keçirilib. Meydana daxil olaraq, azarkeşləri salamlayan 21 yaşlı futbolçu fotosessiya zamanı "kral klubu"nun emblemini öpüb.
"Real"a keçidi ilə bağlı təəssüratlarını bölüşən Yoviç özünü dünyanın ən xoşbəxt insanı hesab etdiyini bildirib: "Hazırda dünyada ən xoşbəxt oğlan mənəm, çünki məşhur klubla müqavilə bağladım. "Real"a titul qazandırmaq üçün bütün gücümü ortaya qoyacağam. İnanıram ki, düzgün seçim etmişəm".
Qeyd edək ki, Yoviç "Real"a 6 illik müqavilə imzalayıb.

21289 oxunub

InvestAZ