XƏBƏR LENTİ
18 Aprel 2024
17 Aprel 2024
16 Aprel 2024
15 Aprel 2024



«İbra»nın okeanın o tayında nə qədər qazanır
İdman 19:52 / 13.06.2019


"Los-Anceles Qelaksi"nun futbolçusu Zlatan İbrahimoviç MLS liqasında 2019-cu ilin ən çox maaş alan oyunçusu olub.
«İbra»nın builki maaşı 7.2 milyon dollar təşkil edəcək. Bununla da isveçli hücumçu 2017 və 2018-ci illərdə 7.1 milyon dollar qazanan "Toronto"nun sabiq oyunçusu Sebastian Covinkonun rekordunu geridə qoyub.
Siyahının ikinci pilləsində Covanni dos Santos ("Los Anceles Qelaksi", 6.5 milyon dollar), üçüncü pilləsində isə Maykl Bredli ("Toronto", 6.43 milyon dollar) qərarlaşıb.
Qeyd edək ki, İbrahimoviç ötən ilin mart ayından ABŞ təmsilçisində çıxış edir.

22724 oxunub

InvestAZ