XƏBƏR LENTİ
16 Sentyabr 2025
15 Sentyabr 2025
14 Sentyabr 2025
13 Sentyabr 2025
12 Sentyabr 2025
11 Sentyabr 2025
10 Sentyabr 2025
09 Sentyabr 2025



Voleybol millisinin baş məşqçisi Tovuzda seçimlər aparıb
İdman 18:43 / 05.03.2024
Yeniyetmə və gənc oğlanlardan ibarət Azərbaycan millilərinin baş məşqçisi Cahangir Seyed Abbasi Tovuz Regional Voleybol Klubuna daxil olan bölgələr üzrə seçimlər aparıb.

Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Tovuz Olimpiya İdman Kompleksində təşkil olunan seçimlərdə iranlı mütəxəssis tərəfindən məşqlər də keçirilib.

Bu məşqlərdə seçimlərə yeni qatılan, eləcə də əvvəldən seçilmiş yeniyetmələr iştirak ediblər. Məşqlərdə fərqlənən və müvafiq kriteriyalara cavab verən yeniyetmələr müəyyənləşdirilərək bu ay Bakıda keçiriləcək düşərgəyə cəlb olunacaqlar.

Qeyd edək ki, seçimlərin aparılmasında məqsəd 2008-2009 və 2010-2011-ci il təvəllüdlü voleybolçulardan ibarət milli komandaların formalaşdırılmasıdır. Bu tip məşqlər digər bölgələrdə də həyata keçiriləcək.


14408 oxunub

InvestAZ