XƏBƏR LENTİ
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Emil Həsənov: «Çalışacağam ki, Minskdə son ana qədər mübarizə aparım»
İdman 18:44 / 13.06.2019


Keçən il dünya çempionatında gümüş, Avropa çempionatında isə bürünc medala sahib çıxdım. Kifayət qədər təcrübəm var. II Avropa Oyunlarında medal qazanacağıma inanıram.
Bu sözləri Olimpnews.az saytına açıqlamasında Minsk-2019-un sambo yarışlarında ölkəmizi təmsil edəcək Emil Həsənov deyib.
"Nə qədər peşəkar olsan da, yarış zamanı gərək rəqiblərini yaxşı təhlil edəsən. Xüsusilə də belə böyük yarışlarda bu çox vacib məsələdir. Peşəkar idmanda bir qayda var: son ana kimi mübarizə apar və sürprizlərə hazır ol. Mən də çalışacağam ki, Minskdə son ana qədər mübarizə aparım. Bunun üçün yorulmadan məşqlərimizi davam etdiririk. Ümid edirəm ki, hər şey yaxşı olar, çəkdiyimiz zəhmətin bəhrəsini görərik”, - deyə samboçumuz bildirib.


26310 oxunub

InvestAZ