XƏBƏR LENTİ
17 Aprel 2024
16 Aprel 2024
15 Aprel 2024
14 Aprel 2024



Karate birinciliyi və seminarı başa çatıb
İdman 18:20 / 13.06.2019

Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-sağlamlıq klubunda 15 iyun - Milli Qurtuluş Gününə həsr edilmiş karate üzrə seminar, həmçinin uşaq, yeniyetmə və gənclər arasında Xətai rayon açıq birinciliyi keçirilib.
Arpaçay karate klubunun təşkilatçılığı, Xətai Rayon İcra Hakimiyyətinin və FHN-in İdman-sağlamlıq klubunun dəstəyi ilə keçirilən yarışın birinci günündə Karate Federasiyaları Assosiasiyasının və Azərbaycan Taekvondo Federasiyasının birinci vitse-prezidenti, ikiqat dünya çempionu, 7-ci dan qara kəmər sahibi Füzuli Musayev idmançılara seminar keçib. Tədbirdə 250-dən çox yeniyetmə və gənc iştirak edib.
Növbəti gün isə regionlardan 11, Bakıdan 10 və Rusiyanın Maqadan vilayətindən bir komanda yarışda güclərini sınayıb. Ümumilikdə yarışa 300-ə yaxın idmançı qatılıb.
Yarışın keçirilməsi Arpaçay Karate Klubunun idmançılarının qarşıdan gələn "Olimpiya ümidləri” yarışına və respublika çempionatına hazırlıq məqsədi daşıyır.
Açılış mərasimində ulu öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov idmançıları təbrik edib, uğurlar arzulayıb.
Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun və Arpaçay Karate Klubunun nümayəndələrinin çıxışından sonra yarışların təşkilində və turnirdə fərqlənən bir qrup şəxs, o cümlədən İdman-sağlamlıq klubunun rəisi, polkovnik Füzuli Musayev Xətai Rayon İcra Hakimiyyətinin fəxri fərmanları ilə təltif ediliblər.
Sonra qaliblər mükafatlandırılıb.


24088 oxunub

InvestAZ