XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Qrossmeysterimiz beynəlxalq turnirdə inamla irəliləyir
İdman 21:31 / 12.06.2019

Rusiyanın Poykovski qəsəbəsində keçirilən şahmat üzrə ənənəvi Anatoli Karpov turniri davam edir.
12-ci dünya çempionu Anatoli Karpovun təşəbbüsü ilə təsis edilən və 2000-ci ildən keçirilən ənənəvi turnirdə ölkəmiz yığma komandamızın üzvü Rauf Məmmədov tərəfindən təmsil olunur. Altıncı turda Ukraynalı şahmatçı Anton Korobov ilə heç-heçə edən təmsilçimiz aktivinə 0,5 xal yazdırıb. Turnirdə altı turdan üç xal toplayan R.Məmmədov rusiyalı şahmatçı Dmitri Yakovenkodan 1 xal geri qalaraq 2-9-cu yerləri bölüşür.
O, altıncı tura qədər məğlubiyyətsiz irəliləyib.

22779 oxunub

InvestAZ