XƏBƏR LENTİ
28 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Kikboksçularımız Gürcüstanda uğurla yarışıblar
İdman 20:33 / 12.06.2019

Gürcüstanda K1 versiyası üzrə beynəlxalq kikboksinq turniri keçirilib.
Yarışda ölkəmizi uğurla təmsil edən "Qızıl əlcək” idman klubunun yetirmələri 9 qızıl və 4 gümüş medal qazanıblar.
Kadetlər kateqoriyasında Dursun Nağıyev (32 kq), Nadirhüseyn Hüseynov (42 kq), Kanan Baxsıyev (30 kq), Raul Abdullayev (39 kq) qızıl, Nurlan Zamanov (36 kq), Bahadur Bəylərov (45 kq) gümüş medal qazanıblar. Yeniyetmələrin yarışında isə Amin Məmmədzadə (36 kq) Nihat Tağızadə (39 kq), İsa Məmmədov (48 kq) birinci, Riyad Cəfərov (45 kq) ikinci yeri tutublar. Gənclər arasında isə Məhəmməd Quluzadə (71 kq) qızıl, Fəqan Əhmədov (54 kq) gümüş medal əldə ediblər.
Peşəkarlar arasında keçirilən yarısda isə Ucar Kərimov (60 kq) gürcüstanlı rəqibinə qalib gələrək RMG beynəlxalq kəmərinin sahibi olub.
Turnirdə Azərbaycan komandası ilə yanaşı, Gürcüstan, Türkiyə, Ukrayna, İran, Ermənistan yığmaları da mübarizə aparıblar.

22208 oxunub

InvestAZ