XƏBƏR LENTİ
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Atletlərimizbeynəlxalq turnirdəyarışıblar
İdman 20:00 / 12.06.2019



Finlandiyanın Turku şəhərində atletikanın bütün növləri üzrə keçirilən beynəlxalq turnirdə Azərbaycanı Nazim Babayev (üçtəkanla tullanma) və Anna Skidan (çəkicatma) təmsil ediblər.
Qış mövsümünü üçtəkanla tullanma üzrə Avropa çempionu kimi başa vuran atletimiz nüfuzlu "IAAF World Challenge Meetıngs” turnirində 16,44 metr məsafəyə tullanmaqla beşinci yeri tutub. Yarışda çinli idmançı Yaminq Zu qızıl medalın sahibi olub. Amerikalı atlet Donald Skott isə gümüş medala layiq görülüb.
Çəkicatma yarışında isə Azərbaycanın "Tokio 2020” Yay Olimpiya Oyunlarına ilk vəsiqə qazanan atleti Anna Skidan iştirak edib. Atletimiz yarışda 70,59 metr nəticə ilə səkkizinci pillədə qərarlaşıb.



37094 oxunub

InvestAZ