XƏBƏR LENTİ
26 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Stadion tikintisi zamanı 1400 fəhlə həyatını itirdi
İdman 18:12 / 12.06.2019

Nepal hökuməti 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatı üçün stadion tikintisi zamanı 1400 nepallı fəhlənin həlak olması faktını təsdiq edib.
Almaniyanın WDR şirkəti turnir obyektlərinin tikintisində iştirak edən fəhlələrin ağır həyatlarından bəhs edən sənədli film hazırlayıb.
Nepalın Əmək Nazirliyinin nümayəndəsi Narayan Rəhmi bildirib ki, o, filmdən xəbərsizdir, lakin bir çox həmvətəninin ölüm faktını təsdiq edib.
"Biz öz işçilərimizi Qətərə göndərməyə başlayandan, bəzi insanlar orada həlak oldular. 1400, 300 və ya 200 rəqəminin hansının həqiqi olduğuna əmin deyiləm. Mən bunu birbaşa problemlə əlaqəli olan hakimiyyət orqanları ilə dəqiqləşdirməliyəm", - deyə Rəhmi qeyd edib.
WDR-nin məlumatına görə, ölənlərin qohumları Qətərdən heç bir təzminat almayıblar.

23499 oxunub

InvestAZ