XƏBƏR LENTİ
18 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Eriksen "Qalatasaray"da? 
İdman 14:13 / 06.02.2024

"Mançester Yunayted"in hücumameyilli yarımmüdafiəçisi Kristian Eriksen yaxın vaxtlarda icarə əsasında Türkiyənin "Qalatasaray"ına keçə bilər. Bu barədə «Fotomac» məlumat yayıb. Mənbənin sözlərinə görə, icarə müqaviləsində satınalma bəndi də yer alacaq.

Tərəflər müqavilənin bütün şərtlərini razılaşdıra bilsələr, bu çempionatda transfer pəncərəsi fevralın 9-da bağlandığından danimarkalı futbolçu dərhal Türkiyəyə yollanacaq.

Xatırladaq ki, bu mövsüm Eriksen bütün turnirlərdə 19 matçda iştirak edib və bir qol vurub, iki məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. «Transfermarkt» portalında futbolçunun transfer qiyməti 13 milyon avrodur.



22151 oxunub

InvestAZ