XƏBƏR LENTİ
28 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Masallıda açıq rayon birinciliyi keçirilib
İdman 18:14 / 11.06.2019


Masallı şəhərində Qarabağ döyüşlərində həlak olmuş şəhidlərin xatirəsinə həsr edilmiş qarışıq döyüş idman növləri üzrə açıq rayon birinciliyi başa çatıb.
Masallı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən və iki gün davam edən yarışda 100-ə yaxın idmançı 16 çəki dərəcəsində qələbə uğrunda mübarizə aparıb.
Açıq rayon birinciliyində Masallı ilə yanaşı, Lənkəran, Astara və Cəlilabad rayonlarının idmançıları da qüvvə və bacarıqlarını sınayıblar.
Qaliblərə diplom və medallar təqdim olunub.

21505 oxunub

InvestAZ