XƏBƏR LENTİ
18 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Zəka sahiblərimiz qitə çempionatını 4 medalla başa vurublar
İdman 10:29 / 11.06.2019


Rumıniyanın Mamaya şəhərində keçirilən məktəblilər arasında şahmat üzrə Avropa çempionatı başa çatıb.
Qitə çempionatında 12 şahmatçı ilə təmsil olunan Azərbaycan komandası 1 qızıl və üç bürünc medal qazanıb. Belə ki, Şəki şahmat məktəbinin 8 yaşlı yetirməsi Yusif Kərimli U-9 yaş kateqoriyasında Avropa çempionu adını qazanıb. Eyni yaş qrupunda mübarizə aparan Rafael Bayramlı üçüncü yeri tutub. Qızların U-9 yaş qrupunda Xanım İsmayılova bürünc medala sahib çıxıb. Naxçıvan Şahmat Məktəbinin yetirməsi Sadiq Məmmədov isə U-17 (Open) yarışında üçüncü yerə layiq görülüb.


35027 oxunub

InvestAZ