XƏBƏR LENTİ
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024



İcraiyyə Komitəsinin iclası keçirilib
İdman 11:34 / 04.06.2019


İyunun 3-də AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:

• 2019-2020-ci il mövsümündə Topaz Premyer Liqasında komandaların sayı ötən mövsüm olduğu kimi (8 komanda) saxlanılsın. Topaz Premyer Liqasında çıxış etmək üçün lisenziya almaq məqsədilə birinci diviziya klublarından heç biri müvafiq sənədləri təqdim etmədiyinə görə TPL-in 2019-2020-ci il mövsümündə ötən mövsüm mübarizə aparan komandalar çıxış etsin.

• Xarici klublarda çıxış edən (baxışa yollanan və müqavilə imzalamaq ehtimalı yüksək olan), milli komandalara dəvət olunan və ya potensial namizəd olan yaşı 21-ə qədər azərbaycanlı futbolçulara dəstək göstərilməsi məqsədilə onların səfər xərci AFFA tərəfindən ödənilsin.

• AFFA-nın "Grow-2020” strategiyasına uyğun olaraq, 2020-2021-ci il mövsümündə Topaz Premyer Liqasında lisenziya şərtlərinə əməl olunacağı təqdirdə komandaların sayının artırılması nəzərdə tutulsun.

24805 oxunub

InvestAZ