XƏBƏR LENTİ
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024



Reyesin ölüm səbəbi bilindi
İdman 16:07 / 03.06.2019


İspaniya millisinin sabiq futbolçusu Xose Antonio Reyesin avtomobil qəzasında vəfat etməsinin təfərrüatları bəlli olub.
35 yaşlı sabiq futbolçu Almendralex bölgəsindən Utrerə gedən yolda "Mercedes" markalı maşının idarə etməsini itirib. Buna avtomobilin sürətinin 237 km/saat olan zaman təkərlərdən birinin partlaması səbəb olub. Maşın çox yüksək sürətdə olduğu üçün magistraldan çıxaraq, aşıb və partlayıb. Məşhur futbolçunun əmisi oğlu da qəzada vəfat edib.
"Sevilya" yetirməsi olan Reyes "Arsenal", "Real", "Atletiko", "Benfika", "Espanyol" kimi klublarda çıxış edib. O, yanvar ayında İspaniya Sequndasında çıxış edən "Ekstremadura" ilə müqavilə imzalamışdı.

19022 oxunub

InvestAZ