XƏBƏR LENTİ
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Ölkə çempionatının yeni qalibləri
İdman 10:07 / 03.06.2019



Azərbaycan Texniki Universitetinin İdman Sarayında qılıncoynatma üzrə Azərbaycan çempionatına start verilib.
Azərbaycan Qılıncoynatma Federasiyası (AQF), Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən yarışın ilk günündə kişi və qadın şpaqaçılar arasında qaliblər müəyyənləşib.
Kişilər arasında Kənan Əliyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Xalid Əliyev ikinci olub. Barat Quliyev və Fərrux Səfərov isə bürünc medalla kifayətləniblər.
Qadınlar arasında Elmira Xudaverdiyeva Azərbaycan çempionu olub. Azərin İdriszadə fəxri kürünün ikinci pilləsində qərarlaşıb. Alfiyə Abdinova və Məryəm Sadıxova isə bürünc medal qazanıblar.
Qaliblər diplom və medallarla təltif olunublar. Bundan əlavə ilk 3 yerin sahiblərinə AQF tərəfindən pul mükafatları təqdim olunub.



19782 oxunub

InvestAZ