XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



“Dördlərin finalı”nın keçiriləcəyi yer bu ayın sonunda müəyyənləşəcək
İdman 16:07 / 02.06.2019


Avropa Basketbol Liqası 2019/2020-ci illər mövsümündə "Dördlərin finalı”nın keçiriləcəyi yeri iyunun sonunda elan edəcək.
"Dördlərin finalı”na ev sahibliyi etmək üçün Afina da iddialıdır. Lakin Avroliqa yarışları qəbul edən tərəfdən lazımi zəmanət, o cümlədən maliyyə zəmanəti almayıb.
Mətbuat xidmətində deyiblər: "Hazırda Avroliqa şəhərin seçilməsi məsələsi üzərində çalışır. İndi yalnız onu deyə bilərik ki, biz şəhərin adını basketbol mövsümü başa çatanadək - iyunun sonlarında elan edəcəyik.
Cari mövsümdə "Dördlərin finalı” İspaniyanın Vitoriya-Qasteys şəhərində keçirilib. Qalib Moskvanın MOİK komandası olub.

30396 oxunub

InvestAZ