XƏBƏR LENTİ
18 Aprel 2024
17 Aprel 2024
16 Aprel 2024
15 Aprel 2024



İyun ayı üçün yeni reytinq siyahısı açıqlandı
İdman 14:23 / 02.06.2019

Beynəlxalq Şahmat Federasiyası (FIDE) iyun ayı üçün reytinq siyahısını açıqlayıb.
Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov (2774) 3 pillə geriləyərək 8-ci mövqedə qərarlaşıb. Teymur Rəcəbov (2759) isə əvvəlki kimi 12-ci pillədədir. Digər şahmatçımız Arkadi Naydiçin də mövqeyi dəyişməyib. O, 2681 xalla 58-cidir. 2654 xala malik olan Qədir Hüseynov isə 97-ci yerdədir.
Maqnus Karlsen (2875) yenə də reytinq siyahısına başçılıq edir. İkinci yerdə amerikalı Fabiano Karuana (2819), üçüncü pillədə isə çinli Din Lijen (2805) qərarlaşıblar.
Qadın şahmatçılarımızdan isə Günay Məmmədzadə (2427) 40-cı pillədədir. Qadın zəka ustaları arasında isə ilk üç pillədə çinli idmançılar Hou Yifan (2659), Vencun Cu (2592) və ukraynalı Mariya Muziçuk (2563) yer alıblar.

21260 oxunub

InvestAZ