XƏBƏR LENTİ
19 Aprel 2024
18 Aprel 2024



Yeniyetmə atletlərin paytaxt birinciliyi başa çatıb
İdman 10:48 / 02.06.2019

İyunun 1-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda 2002-2003-cü il təvəllüdlü yeniyetmələr arasında atletika üzrə Bakı birinciliyinə yekun vurulub.
Yarışda 8 komandadan 100-dən çox atlet iştirak edib.
Çempionatın ikinci günündə oğlanlar arasında uzunluğa tullanmada Kəsgin Abbaszadə, hündürlüyə tullanmada isə Aydın Bədəlov qalib adını qazanıblar. Qızlar arasında uzunluğa tullanmada Sabrina Zralova, nizə atmada Könül Əliyeva birinci yerə layiq görülüblər.
Qaçış növləri üzrə oğlanların yarışında Teymur Salahzadə (200 m) və Vahid Kərimov (800 m) birinci yerdə qərarlaşıblar. Qızların yarışında isə Lamiyə Vəliyeva (200 m) və Günel Manafova (800 m) birinci olublar.
Yarışın qalibləri federasiya tərəfindən medal və diplomlarla təltif olunublar.

21696 oxunub

InvestAZ