XƏBƏR LENTİ
19 Aprel 2024
18 Aprel 2024
17 Aprel 2024



MMA döyüşçümüz növbəti görüşünə çıxacaq
İdman 15:45 / 01.06.2019

MMA döyüşçümüz Tofiq Musayev Yaponiyada Rizen liqasında növbəti görüşünə çıxacaq.
Bu dəfə onun rəqibi UFC liqasının tanınmış idmançılarından biri Daron Krikşenk (ABŞ) olacaq. Döyüş iyunun 2-də Yaponiyanın paytaxtı Tokioda baş tutacaq.
D.Krikşenk indiyədək keçirdiyi 21 görüşün 10-da qalib gəlib. Otuz üç yaşlı idmançı UFC liqasında bir neçə döyüş keçirib, daha sonra Rizen liqası ilə müqavilə imzalayıb. T.Musayev isə keçirdiyi 14 döyüşdən yalnız 3-də məğlub olub.
Qeyd edək ki, T.Musayev MMA üzrə dünya, Avropa və dəfələrlə Avrasiya çempionu olub.

22440 oxunub

InvestAZ