XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Bu gün Çempionlar Liqasının qalibi müəyyənləşəcək
İdman 11:09 / 01.06.2019

Bu gün UEFA Çempionlar Liqasında 2018-2019-cu il mövsümünün qalibi müəyyənləşəcək.
Final qarşılaşması İspaniyanın paytaxtı Madrid şəhərindəki "Vanda Metropolitano” stadionunda iki ingilis klubu – "Tottenhem Hotspur” və " Liverpul” arasında oynanılacaq.
Görüşü Sloveniyadan olan hakimlər briqadası idarə edəcək. Baş hakimi Damir Skomina olacaq.
Qeyd edək ki, bu turnirin sonuncu qalibi İspaniyanın "Real Madrid” klubu olub.
Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

23321 oxunub

InvestAZ