SON XƏBƏRLƏR
-
03.10.2026, 22:09
İdman"Fənərbağça" yoldaşlıq oyununda "Turan Tovuz"a qalib gəlib
-
03.10.2026, 21:55
İdmanDünya Kubokunun Bakı mərhələsi yekunlaşdı
-
03.10.2026, 19:12
İdmanBakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
-
03.10.2026, 11:06
GündəmPrezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
-
02.10.2026, 14:47
İdmanAzərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər
-
02.10.2026, 13:50
İdmanŞəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq
-
02.10.2026, 13:07
İdmanTaekvondçularımız beynəlxalq turnirdə iştirak edəcəklər
-
02.10.2026, 12:56
İdmanTofiq Bəhramov adına Respublika stadionunun 75 illiyi münasibətilə yoldaşlıq matçı keçiriləcək
-
02.10.2026, 12:49
İdmanAMADA rəsmisi Avropa Şurasının antidopinq iclasında iştirak edib
-
02.10.2026, 10:41
İdmanÜzgüçülük üzrə Dünya Kubokunda ikinci yarış gününə start verilib
-
02.10.2026, 10:09
İdmanAzərbaycan Basketbol Liqasında ilk turun daha bir oyunu bu gün keçiriləcək
-
01.10.2026, 22:08
İdmanAzərbaycan milli komandası Lixtenşteynlə heç-heçə edib
-
01.10.2026, 19:48
İdmanBakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
-
01.10.2026, 19:05
İdmanAzərbaycan komandası “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirini 22 medalla başa vurub
-
01.10.2026, 16:57
İdmanAzərbaycan Basketbol Liqasının I və II turlarında keçiriləcək iki oyun təxirə salınıb
-
01.10.2026, 15:19
İdmanAzərbaycanın U-20 voleybol millisi EEVZA çempionatına Qubada hazırlaşır
-
01.10.2026, 14:41
İdmanBakıda stolüstü tennis üzrə beynəlxalq seminar keçirilir
-
01.10.2026, 13:55
İdmanÜzgüçülərimiz Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
-
30.09.2026, 23:26
İdmanBasketbol Liqası: "Sabah" açılış oyununda qələbə qazandı
-
30.09.2026, 23:15
İdmanMingəçevirdə kayak və kanoe marafonunun təqdimatı keçirilib
-
30.09.2026, 22:30
İdman"Neftçi" FIBA Avropa Kubokunda əsas mərhələyə vəsiqə qazanıb
-
30.09.2026, 21:19
İdman“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin ikinci günündə komandamız 7 medal qazanıb
-
30.09.2026, 19:17
İdmanVoleybolçularımız Avropa çempionatının 1-ci təsnifat mərhələsində iştirak edəcək
-
30.09.2026, 18:10
İdmanBoksçularımız Avropa çempionatı üçün Budvaya yollanırlar
-
30.09.2026, 17:59
İdmanStolüstü tennisçilər Tbilisidən 5 medalla qayıdırlar
-
30.09.2026, 16:50
İdmanFüzulidə Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətinə dair mətbuat konfransı keçirilib
-
30.09.2026, 16:04
İdmanTələbələr üçün praktiki ustad dərsləri təşkil olunub
-
30.09.2026, 15:14
İdmanOyan Nəzəriani: “Çimərlik güləşində iddialı ölkələrdən biriyik”
-
30.09.2026, 14:23
İdman“Qarabağ”ın futbolçusu Kərbəla ziyarətinə getdi
-
30.09.2026, 14:14
İdmanAzərbaycan Alpinizm Federasiyasına yeni prezidenti seçilib
-
30.09.2026, 13:14
İdmanFormula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb
-
30.09.2026, 11:12
İdmanŞose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək idmançılarımız müəyyənləşib
-
30.09.2026, 11:02
MOKQırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək
-
30.09.2026, 10:25
İdmanAzərbaycan Basketbol Liqasında yeni mövsüm start götürür
Rəşad Nəbiyev yeniyetmə və gənclərdən ibarət milli komandaların üzvləri ilə görüşüb
İdman
10.09.2026, 14:38
Sentyabrın 10-da Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev yeniyetmə və gənclərdən ibarət milli komandaların üzvləri ilə görüşüb.
Bu barədə Olimpiyadunyasi.com-a Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Federasiya prezidenti cüdoçuları 20–23 avqust tarixlərində Ekvadorun Quayakil şəhərində keçirilən yeniyetmələr arasında dünya çempionatında və 3–6 sentyabr tarixlərində Monteneqronun paytaxtı Podqoritsada təşkil olunan gənclər arasında Avropa çempionatında qazandıqları nəticələr münasibətilə təbrik edib. Rəşad Nəbiyev nəticələrlə yanaşı, idmançıların yarışlar boyunca, xüsusilə çətin məqamlarda göstərdikləri xarakterin də önəmini vurğulayıb.
ACF prezidenti qeyd edib ki, bu nəticələr Federasiyada aparılan sistemli və hərtərəfli işin göstəricisidir və qazanılan uğurlarda məşqçi heyətinin, tibbi heyətin, digər mütəxəssislərin və ümumilikdə Federasiyanın bütün əməkdaşlarının əməyi var. O, əsas hədəfin yeniyetmə və gənclər səviyyəsində qazanılan uğurların gələcəkdə böyüklər arasında da davam etdirilməsi olduğunu bildirib.
Rəşad Nəbiyev Federasiyanın əsas prioritetlərinin dəyişmədiyini, idman nəticələri ilə yanaşı, nizam-intizam və hörmət kimi cüdo dəyərlərinə sadiqliyin mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Cüdoçulara əldə etdikləri nəticələrlə kifayətlənməməyi, daim öz üzərlərində çalışmağı, həmçinin idman karyerası ilə yanaşı təhsilə də önəm verməyi tövsiyə edib.
Görüş çərçivəsində Rəşad Nəbiyev idmançılarla fərdi söhbətlər aparıb, onların hazırlıq prosesi və gələcək hədəfləri ilə maraqlanıb.
Qeyd edək ki, Azərbaycan millisi yeniyetmələr arasında dünya çempionatında 1 qızıl və 1 gümüş medal qazanaraq 59 ölkə arasında ümumi komanda hesabında beşinci yeri tutub. Gənclərdən ibarət yığma isə Avropa çempionatını 3 qızıl və 2 bürünc medalla başa vuraraq 44 ölkə arasında ümumi komanda hesabında ikinci, oğlanlar arasında isə birinci olub.