XƏBƏR LENTİ
26 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Maurisio Sarri: “Biz bunu bacardıq”
İdman 15:52 / 30.05.2019


"Çelsi”nin baş məşqçisi Maurisio Sarri Avropa Liqasının Bakıda keçirilən finalında sonra jurnalistlərə müsahibə verib. Həmin müsahibəni oxucularımıza təqdim edirik.

- Mövsümü kubokla başa vurdunuz. İstərdik ki, oyun barəsində fikirlərinizi bildirəsiniz.

- Nətiəcədən çox məmnunam. Bu mükafat azarkeşlər üçün də əhəmiyyətlidir. Qələbəyə layiq idik. Yanvar və fevral aylarında müəyyən problemlər yaşadıq, amma bundan yaxşı nəticə çıxardıq və Çempionlar Liqasına vəsiqə qazandıq. Avroliqada isə 15 oyun keçirdik və uduzmadan qalib olduq. Bu mənim üçün çox önəmlidir". - İlk hissə ilə ikinci arasında çox fərq oldu. Fasilədə nə baş verdi? - Oyun bizim üçün çətin başlamışdı. Futbolçulardan xahiş etdim ki, daha cəsarətli olsunlar. Biz risk etməli idik və bunu bacardıq. İkinci hissədə çətin rəqibə qarşı çox yaxşı oynadıq. "Arsenal” əks-hücumda çox təhlükəlidir. Düşünürəm ki, azarkeşlər üçün də yaxşı oyun göstərdik.

- Hazardın gedəcəyini nə vaxt bildiniz? - Hazard möhtəşəm oyunçudur. Amma 2-3 ay onunla vaxt keçirməlisiniz ki, insan kimi tanıyasınız. Bilirdim ki, Eden "Çelsi”dən getmək istəyir.

- Onun qərarına həmişə hörmətlə yanaşıram. Sabah klubun sahibi ilə danışacağıq. Müzakirə edib qərara gəlməliyik ki, görək mən klub üçün və ya klub mənim üçün nə edə bilər? Klubla müqaviləm var.

- Premyer Liqada qalmaq istəyirsinizmi?

- Siz gözəl bilirsiniz ki, Premyer Liqanın səviyyəsi çox yüksəkdir. Mən özümü xoşbəxt hiss edirəm ki, dünyanın ən yaxşı klublarından birinin məşqçisiyəm. Amma bilmək istəyirəm ki, görək klub mənim işimdən nə dərəcədə razıdır. Bu normal prosedurdur. Mən qalmaq istəyirəm, amma bu sadəcə mənim istəyimdir, bu isə hər şeyi həll etmir.

22334 oxunub

InvestAZ