XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Ağırlıqqaldıranlarımız dünya çempionatında çıxış edəcəklər
İdman 10:36 / 29.05.2019


İyunun 1-dən 9-dək Ficinin paytaxtı Suvada gənclər arasında ağırlıqqaldırma üzrə dünya çempionatı keçiriləcək.
51 ölkədən 311 atletin (161 oğlan və 150 qız) qatılacağı çempionatda ölkəmizi iki idmançı təmsil edəcək. Qızların yarışında 55 kiloqram çəki dərəcəsində Səbinə Əzimova, oğlanların mübarizəsində isə 102 kiloqram çəki dərəcəsində Əliş Nəzərov güclərini sınayacaqlar.

22603 oxunub

InvestAZ