XƏBƏR LENTİ
19 Aprel 2024
18 Aprel 2024
17 Aprel 2024
16 Aprel 2024



“Arsenal” və “Çelsi” klubları Bakıda son məşqinə çıxıb
İdman 14:39 / 28.05.2019


Mayın 28-də Bakı Olimpiya Stadionunda final öncəsi "Arsenal” və "Çelsi” klubları sonuncu məşqlərin başa vurublar.
Hər iki komandanın futbolçuları bir sıra hərəkətlər üzrə tapşırıqları yerinə yetiriblər. Məşq prosesi yerli və əcnəbi kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.
Xatırladaq ki, UEFA Avropa Liqasının final matçında "Arsenal” klubu "Çelsi” komandası ilə qarşılaşacaq. Oyun saat 23:00-da başlayacaq. "Arsenal” qalib gələcəyi təqdirdə UEFA Avropa Liqasının kubokuna ilk dəfə sahib olacaq. "Çelsi” isə 2013-2014-cü il mövsümündə UEFA Avropa Liqasının qalibi adını qazanıb.

28319 oxunub

InvestAZ