XƏBƏR LENTİ
13 Dekabr 2025
12 Dekabr 2025
11 Dekabr 2025
10 Dekabr 2025



Gəncədə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
İdman 10:08 / 05.12.2023

Gəncə şəhərində Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə cüdo üzrə kəmər dərəcələri üzrə rəsmi imtahana yekun vurulub.

Gəncə Olimpiya İdman Klubunun idman zalında təşkil olunan imtahanın ikinci günündə 140 cüdoçu müvafiq yaş uyğunluğuna əsasən müxtəlif kəmər dərəcələri üzrə imtahan verib. İmtahanı uğurla keçən idmançılara müvafiq kəmər və sertifikat təqdim edilib.

Rəsmi kəmər imtahanlarının keçirilməsi idmançıların cüdo texnikalarını hərtərəfli öyrənməsi, həmçinin onların motivasiyası üçün mühüm əhəmiyyət kəsb edir.

Kəmər imtahanı peşəkarlıq səviyyənin qiymətləndirilməsi və rəsmi olaraq tanınması, həmçinin gələcəkdə nüfuzlu daxili yarışlarda iştirak üçün zəruridir.



16953 oxunub

InvestAZ