XƏBƏR LENTİ
17 Yanvar 2025
16 Yanvar 2025
15 Yanvar 2025
13 Yanvar 2025
12 Yanvar 2025
10 Yanvar 2025
09 Yanvar 2025



Fərid Qayıbov Avropa Gimnastikasının konqresində təltif olunub
İdman 15:54 / 04.12.2023

Bolqarıstanın paytaxtı Sofiyada Avropa Gimnastikasının 30-cu yubiley konqresi keçirilib. Gənclər və idman naziri Fərid Qayıbov təşkilatın prezidenti olaraq konqresə sədrlik edib.

Konqresdə bir sıra hesabatlar, eləcə də təşkilatın yenilənmiş Əsasnaməsi təsdiq edilib, yeni fəxri üzvlər qəbul olunub. Bundan başqa, təşkilatın 2025-ci il Konqresinin noyabrın 28-29-da Çexiyanın paytaxtı Praqada keçirilməsi qərara alınıb.

Tədbirdə F.Qayıbov bolqarıstanlı həmkarı Dimitar Lievə və Sofiya şəhərinin meri Vasil Terziyevə Avropa Gimnastikasının fəxri medallarını təqdim edib. Həmçinin nazir Litva Olimpiya Komitəsinin xüsusi medalı və Avropa Atletikası ilə əməkdaşlığa görə həmin təşkilatın xüsusi mükafatı ilə təltif edilib.


11045 oxunub

InvestAZ