XƏBƏR LENTİ
11 Yanvar 2026
09 Yanvar 2026
08 Yanvar 2026
07 Yanvar 2026
06 Yanvar 2026
05 Yanvar 2026
03 Yanvar 2026
01 Yanvar 2026
29 Dekabr 2025



İsrailli oyunçunun görmə qabiliyyəti təhlükə altında
İdman 18:49 / 03.12.2023
Türkiyənin "Fənərbaxça" klubunun basketbolçusu Yam Madar "Beşiktaş"la matçda azarkeşlərdən birinin meydançaya naməlum əşya atması nəticəsində görmə qabiliyyətini qismən itirib.
Azarkeş vurduğu zərbə ilə israilli basketbolçunun qaşını zədələyib. O, tibbi baxış üçün oyunu tərk edib. Amma sonradan qayıdaraq, sona qədər komanda yoldaşları birlikdə olub. Matçdan sonra Madar görmə qabiliyyətinin qismən itirilməsindən şikayətlənib.
Bu hadisədən sonra "Fənərbaxça” təhlükəsiz idman mühitinin təmin edilməsinə cavabdeh olan əsas qurum kimi Türkiyə Basketbol Federasiyasından günahkarların müəyyən edilərək, cəzalandırılmasını istəyib.
Qeyd edək ki, "Beşiktaş" "Fənərbağça"ya 68:64 hesabı ilə qalib gəlib. Hazırda Türkiyə Basketbol Çempionatının turnir cədvəlinə "Fənərbaxça” başçılıq edir, "Beşiktaş” isə dördüncü yerdədir.


18231 oxunub

InvestAZ