XƏBƏR LENTİ
19 Aprel 2024
18 Aprel 2024
17 Aprel 2024
16 Aprel 2024



28 May - Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulduğu gündür
İdman 16:15 / 27.05.2019
Bu gün müsəlman şərqində ilk demokratik dövlət yaradıldı

BAYRAMIN MÜBARƏK AZƏRBAYCAN!


Bu ay, ulduz boyaların qurultayı nə demək,
Bizcə belə söyləmək.
Bu göy boya - göy Moğoldan qalmış bir türk nişanı,
Bir türk oğlu olmalı.
Yaşıl boya- islamlığın sarsılmayan imanı,
Ürəklərə dolmalı.
Bu al boya- azadlığın, təcəddüdün fərmanı,
Mədəniyyət bulmalı.
Cəfər Cabbarlı



Azərbaycan Cənubi Qafqazın və Ön Asiyanın ən qədim zəngin tarix və mədəniyyətinə malik bir ölkədir. Bəşər tarixinin bütün mərhələləri bu torpaqlarda öz silinməz izini qoyub. Qədim Azərbaycan tarixi çox qiymətli hadisələrlə zəngindir. Onu da qeyd etmək lazımdır ki, bu, zəngin tarixin həm də qanlı səhifələri vardır. Məlumdur ki, Azərbaycan öz geosiyasi vəziyyətinə görə bütün dövrlərdə nəhəng imperiyaların mübarizə obyekti olub, əraziləri işğal edilib, müəyyən mərhələdə öz dövlətçiliyini itirib, əhalisi isə dəfələrlə deportasiyaya, etnik təmizləmələrə və soyqırıma məruz qalıb.
Azərbaycan tarixində fərəhli, şərəfli günlər də çoxdur. Ancaq bunların içərisində müstəqillik bayramı xüsusi yer tutur. Biz birinci dəfə deyil ki, müstəqil dövlət yaradırıq. XX əsrdə üç dəfə dövlət yarada bilmişik:
1918-20-ci illərdə Azərbaycan xalq Cümhuriyyəti, 1920-21-ci illərdə Azərbaycan Sovet Sosialist Respublikası və nəhayət, 1988-ci ildə baş verən
hadisələrin davamı olaraq 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini bərpa edə bildik.
Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxıb. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi. 1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, təşəkkül tapmasında və fəaliyyət göstərməsində Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin – Əlimərdan bəy Topçubaşovun, Məmmədəmin Rəsulzadənin, Fətəli xan Xoyskinin, Həsən bəy Ağayevin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinski və başqalarının böyük xidmətləri olub. Bu görkəmli dövlət xadimlərinin, vətənpərvər ziyalıların, peşəkar hərbçilərin adları xalqımızın yaddaşına əbədi həkk olunub.
Ondan sonrakı sovet dövrü müstəqilliyimizin itirildiyi şəraitdə yaşadıqlarımız da tarixdən bizə yaxşı məlumdur. Çox da uzaq olmayan tariximiz 1988-1990-cı illər də yaxşı yadımızdadır. Belə ki, ermənilərin Dağlıq Qarabağı Azərbaycandan ayırmaq tələbləri, bunun ardınca məlum Sumqayıt hadisələri, hegomonluğunu itirmək istəməyən imperiyanın Bakıda törətdiyi Qanlı Yanvar hadisələri, bunların ardınca isə Azərbaycanın o zamankı rəhbərlərinin yetirdikləri siyasəti ucbatından torpaqlarımızın bir qisminin itirilməsi baş verdi. Müstəqillik zərurəti bax belə bir şəraitdə yarandı. Məlum olduğu kimi müstəqillik asanlıqla qazanılmadı. O, Azərbaycanın mərd oğul və qızlarının qanı bahasına əldə edildi. Nəhayət, 1991-ci ilin oktyabrında Azərbaycan özünün itirilmiş müstəqilliyini yenidən bərpa etdi. Bu, çox böyük tarixi hadisə, xalqımızın həyatında yeni bir dönüş nöqtəsi idi. Biz yenidən bir çox xalqlar kimi azad və müstəqillik şəraitində yaşayaraq demokratiya yolu ilə irəliləyib, öz müstəqil dövlətimizi yaratmaq imkanı əldə etdik. Dünya dövlətləri sırasına çıxmaq, Azərbaycan adını, Azərbaycan dövlətini dünyaya tanıtmaq imkanı əldə etdik. Lakin təəssüflər olsun ki, bu sevincimiz içərisində sox acılı, məşəqqətli günlərlə rastlaşdıq. 1991-1993-cü illərdə müstəqillik yollarında çox böyük çətinliklər, bəlalarla üz-üzə dayandıq. Qarşıqlıq, anarxiya xaos, böyük qorxu, nigarançılıq, müsibətlər şəraitində yaşamalı olduq. Nəhayət, 1993-cü ilin iyununda ölkə vətəndaş müharibəsi, qardaş qırğını təhlükəsi ilə üz-üzə dayandı. Belə bir şəraitdə nəinki müstəqilliyimizin itirilməsi, bütövlükdə Azərbaycanın itirilməsi təhlükəsi yarandı. Belə bir şəraitdə ölkənin güclü bir liderə ehtiyacı yarandı. Ümidin itirən xalq qaranlıqlar içərisində yol axtara-axtara hara,
hansı səmtə gedəcəyini bilmirdi. Belə bir şəraitdə xalq üzünü Heydər Əliyevə tutdu. Xalq başa düşdü və yəqin etdi ki, onu bu çətin və ağır vəziyyətdən yalnız Heydər Əliyev kimi bacarıqlı, uzaqgörən, qətiyyətli bir rəhbər çıxara bilər.
Beləliklə, Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qaydışı ilə Azərbaycan tarixinin, bərpa edilmiş müstəqilliyimizin yeni bir dövrü başlandı. Azərbaycan xalqı, dövlətçiliyi, müstəqilliyi xilas edildi.
İndi həmin vaxtdan 28 il keçir. Heydər Əliyev hakimiyyətə qayıtmasaydı, 1991-ci ildə yenidən bərpa edilmiş müstəqilliyimizin tarixi elə 1993-cü ildə də başa çatmış olacaqdı. Yəqin ki, biz bu gün çətinliklə əldə oluunmuş müstəqilliyimizin 28 illiyini görə bilməyəcəkdik.
1988-ci ilin 17 noyabrında tələbələrin təşəbbüsü ilə başlanan mitinq tezliklə qüdrətli xalq hərəkəatına çevrildi. Ana torpağımıza uzanan xain əllər geri çəkilmək bilmir, bəd əməllərin və məkrlə yoğrulmuş çirkin niyyətlərin, yersiz iradların və amansız ittihamların ardı-arası kəsilmirdi.
1988-ci ilin əvvəllərində Ermənistanda yaşayan azərbaycanlıllara sözün əsl mənasında divan tutulurdu. Qışın oğlan çağında ayaqlayın, başı açıq meşələrə, dağlara qovulan, qar uçurumları altında qalan körpələrimizin, qız-gəlinlərimizin ah-naləsi eşidilməz oldu.
Ermənistanda zəlzələ xəbəri hələ mərkəzə çatmamış biz mülki-müdafiə dəstələri yaradıb adını da qoyduq «könüllülər dəstəsi». Zəlzələdən bircə gün əvvəl həmin rayonlarda yaşayan azərbaycanlıları diri-diri yandıran ermənilərə «köməyə tələsənləri» təyyarəyə mindirib yola salanda onların siyahısını tutmadığı da unutduq. Həlak olanları bir neçə gündən sonra müəyyən edə bildik.
Xalqımızı aldatdılar, qanına qəltan elədilər. Əvvəlcədən düşünülmüş ssenari üzrə əməllərini həyata keçirdilər.
1990-cı ildə baş verənləri isə unutmaq mümkün deyil. Televiziya qurğuları dağıdıldı, radionun səsi kəsildi. Şəhərin «əməliyyat» aparılacaq massivlərində elektrik xətlərini iflic etdilər ki, xəbərdarlıq etmədən əliyalın, dinc əhaliyə divan tutsunlar.
Bakıda fövqalədə vəziyyət barədə fərman «Zaman» proqramında elan olunmalı idi. Amma televiziyanın enerji blokunun partladılması buna imkan vermədi. Bakı əhalisi şəhərdə fövqalədə vəziyyət elan olunuduğunu ancaq səhər saat 6-ya qədər yüzlərlə adamın qanı axandan sonra bildi. Qanlı yanvar günlərində xalqımız öz yolunu müəyyənləşdirdi, qanı axa-axa, hər cür mərhumiyyətlərə sinə gərə-gərə azadlığa doğru addımladı.
Mərkəzdəki Azərbaycana düşmən qrupların səyi nəticəsində Qarabağdakı dədə-baba torpaqlarından qovulması həyata keçirildi, xalq
hərəkatı içərisində təfriqə salındı. Nəticə də Azərbaycanın ərazisi olan Qarabağı tamamilə işğal olundu. Bunun ardınca tarixi cinayət-90-cı ilin Qanlı Yanvar qırğını baş verdi: 750 nəfər yaralandı, 131 nəfər şəhid oldu. Onlardan – 117-si azərbaycanlı, 6-sı rus, 3-ü tatar və 3-ü yəhudi olub.
Qorbaçovun başçılığı ilə rus ordusunu Bakıda törətdiyi dəhşətli hadisəni bütün dünyaya bəyan etmək üçün Heydər Əliyev Azərbaycanın Moskvadakı nümayyəndəliyinə gəldi. Xarici jurnalistlərin qarşısında Heydər Əliyev SSRİ-i tarixində ilk dəfə olaraq o dövr ki, Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri Mixail Qorbaçovu Azərbaycan xalqının qətilində ittiham etdi. Bu çıxışdan sonra isə Heydər Əliyev xalqının ağır və faciəli günlərində vətənə dönməyi qərarlaşdırdı. Dağılmaqda olan imperiya Heydər Əliyevin şəxsiyyətinə və bu dahi insanın siyasi baxışlarına yaxşı bələd olduğu üçün onun öz doğma vətəninə dönməsinə böyük manelər törətməyə başladı. Amma Heydər Əliyev bütün bu maneələri dəf edərək Bakıya dönməyə müvafiq oldu. Bu dövrdə öz çirkin əməllərini həyata keçirmək istəyənlər Heydər Əliyevin Bakıda siyasi faliyyət maneələr yaradır və onun ölkənin tərk etməsini istəyirlər. Xalqımızın fəlakətlərə sürükləndiyi bir vaxtda, erməni işğalçılarını ölkəmizin içərilərinə doğru hərəkət etdiyi bir zamanda Naxçıvan əhalisi yekdillik və uzaqgörənliklə Heydər Əliyevi Azərbaycan Respublikası Ali Sovetinə deputat və özünə rəhbər seçdi. Yalnız bundan sonra taleyin ümidinə buraxılmış Naxçıvan, Qarabağ və ümumiyyətlə bütöv Azərbaycan fəlakətdən qorunmuş oldu.
Heydər Əliyevin yenidən böyük siyasətə qayıtması daxili və xarici qüvvələrəi təşvişə salmışdı. Onlar hər vasitə ilə ona qarşı çıxırdılar. Xalq isə aydın başa düşürdü ki, Heydər Əliyevə qarşı aparılan bədnam kampaniya əslində antiazərbaycan siyasətinin tərkib hissəsidir.
O dövrdəki hakimiyyətin səriştəsizliyi üzündən Azərbaycan bir dövlət kimi dünya xəritəsindən silinmək üzrə idi. Daxildə baş qaldırmış qiyamlar ölkəni və xalqı məhvə sürükləyirdi. 1993-cü ilin məlum iyun hadisələri, Gəncədə qardaş qanının axıdılması vətəndaş müharibəsinin başlanğıcı idi. Bütün bunlar, şübhəsiz ki, 1988-ci ildən etibarən Azərbaycanda gedən məkirli siyasi oyunların məntiqi nəticəsi idi.
Azərbaycanı real parçalanma və məhv olma təhlükəsindən xilas edə biləcək yeganə şəxsiyyət Heydər Əliyev idi. Elə buna görə də Heydər Əliyev xalqın yekdil və qəti iradəsi ilə, demokratik və qanuni yolla yenidən ölkə rəhbərliyinə qayıtdı. Təsadüfi deyil ki, tale özü Azərbaycanı yenidən dirçəltmək, onun müstəqilliyini qorumaq kimi çətin və şərəfli bir vəzifəni məhz Heydər Əliyevin qadir əllərinə tapşırdı. İnamla demək lazımdır ki, yalnız 1993-cü ilin yayında xalqımızın ümummilli lideri
Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra illərlə davam edən siyasi hakimiyyət böhranı, anarxiya və özbaşınalığa son qoyuldu. Azərbaycanda yeni tarixi mərhələ-dövlət müsəqilliyinin möhkəmləndirilməsi, real quruculuğu başlandı.
Öz müstəqilliyini bəyan etmiş Azərbaycanın müstəqil ordusunun yaradıılması tarixi zərurət idi. Ermənistanın ölkəmizə xaincəsinə basqını və torpaqlarımiızın 20 faizindən çoxunu zəbt etməsi bizi azadlıq uğrunda müharibəyə qaldırdı. Qanlı döyüşlər getdi. 2 noyabr 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Azərbaycan xalqına "Qalx ayağa Azərbaycan’’ deyə müraciət etdi. Onun müraciəti bütün Azərbaycan vətəndaşları kimi, əsgərlərimizi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizəyə daha da ruhlandırdı. Azərbaycanın xöşbəxt gələcəyinə inamı daha da artdı. 1993-cü ilin sonunda və 1994-cü ilin əvvəllərində ümummilli lider Heydər Əliyevin səngərlərə baş çəkməsindən sonra isə döyüşçülərimiz, Füzuli, Goronboy cəbhələrində itirilmiş torpaqlarımızın bir hissəsini azad etdilər və Tərtər bölgəsində düşmən qüvvələrinə imkan vermədilər. Düşmən xeyli itkiyə məruz qaldı. Xankəndi ətrafında düşmənlə döyüşə girən, Etibar İsmayılovun şücaəti buna parlaq misaldır. Etibar düşmən tankının altına atılaraq onu partlatmış, özü həlak olmuş və otuz nəfər azərbaycanlı əsgəri ölümdən xilas etmişdi.
Son 28 il ərzində xalqımızın ümmilli lideri Heydər Əliyevin ölkədə yeridilən müdrik daxili və xarici siyasət nəticəsində milli müstəqillik xətti dönmədən həyata keçirilmiş, hüquqi demokratik dövlət quruculuğunda, Milli Ordunun formalaşdırılmasını, Azərbaycanın nüfuzunun beynəlxalq aləmdə yüksəldilməsi sahəsində böyük işlər görülmüşdü.
Bu dövrdə Azərbaycanın iqtisadi-siyasi həyatında mühüm demokratik dəyişiliklər baş vermiş, aqrar islahatların aparılması haqqında qanunlar, eyni zamanda özəlləşdirmə qanunu və konsepsiya qəbul edilmişdir. Azərbaycanda iqtisadi potensialı hərəkətə gətirmək, maliyyə sistemində köklü dəyişiliklər sahəsində ciddi addımlar atılmışdır.
Respublikamızın dövlət müstəqilliyinə, suverenliyinə qənim kəsilən düşmən qüvvələri narahat edən də məhz bu uğurlu siyasətidir.
Azərbaycanda dövlət müstəqilliyi xəttinin uğurlarını görən daxili və xarici antiazərbaycan dairələr daha kəskin və təhlükəli siyasi təxribatlara əl atdılar. Fəlakətli vətəndaş müharibəsinin və Azərbaycan müstəqilliyinin məhvolma təhlükəsinin qarşısını məhz Heydər Əliyev aldı.
Oktyabr və mart dövlət çevrilişləri cəhdlərinin qarşısının alınması xalqımızın ümummilli lideri Heydər Əliyevin dühası, zəngin siyasi təcrübəsi, xalqla tam vəhdəti, beynəlxalq nüfuzu və qətiyyəti sayəsində mümkün oldu. Dövlət çevrilişinə cəhd göstərən xəyanətkar qüvvələr hər şeyi əvvəlcədən ciddi ölçüb-biçsələr də bir həqiqəti unutmuşdular. Bu da xalq amili idi. Oktyabr və mart hadisələrində Azərbaycan xalqı dövlətçilik prinsiplərinə sədaqətini, siyasi yetkinliyini, müstəqillik ideyalarının ümummilli ideala çevrildiyini, iqtidarın yürütdüyü xarici və daxili siyasəti dəstəklədiyini yekdilliklə nümayiş etdirdi.
Onun uzaqgörən siyasəti addım-addım böyük Çin səddini keçib Avropaya pəncərə açdı, BMT-nin yüksək kürsüsündən dünyaya yayıldı. Azərbaycanın haqq sözünü deyənlərin sayı artdı.
Azərbaycan xalqı bu günkü həyata asanlıqla çatmamış, böyük mübarizə yolu keçmişdir. Biz XXI əsrdə xalqımızın mübarizəsi, başına gətirilən müsibətlər haqqında əsl həqiqəti gəncliyə vaxtında çatdırmalı, onları mənəvi cəhətdən ruhlandırmalı, tarixin qanlı hadisələrini unutmamağa və gələcək hadisələrə hazırlamalıyıq.
Hər bir azırbaycanlı müharibənin qələbə ilə başa çatmasına öz şəxsi göməyini əsirgəməməlidir.
Borcumuzdur ki, Heydər Əliyevin bizə miras qoyduğu müstəqil dövlətçilik ənənələrini göz bəbəyi kimi qoruyaq. Onun layiqli davamçısı İlham Əliyevin ətrafında sıx birləşək, Azərbaycan naminə yaşayaq, yaradaq.



22481 oxunub

InvestAZ