XƏBƏR LENTİ
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Elçin Əsədov sülh yarışında uğurla çıxış edib
İdman 10:42 / 27.05.2019


Ukraynanın Çabanı şəhərində Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı birgünlük "Sülh uğrunda Horizon Park” yarışı keçirilib. Veloturda Azərbaycanın Elit yığmasının üzvü – Ukraynanın "Lviv” kontinental klubunun velosipedçisi Elçin Əsədov da iştirak edib.
145 km məsafəni 3 saat, 38 dəqiqəyə qət edən Elçin finiş xəttini 7-ci keçib və bununla da ölkəmizin reytinqinə Tokio-2020 Yay Olimpiya Oyunları üçün daha 5 lisenziya xalı qazandırıb. Yeri gəlmişkən, Elçin həm də şərəfini qoruduğu "Lviv” komandasının yarışda iştirak edən üzvləri içərisində ən yüksək nəticə göstərib.


28391 oxunub

InvestAZ