XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Komandamız Avropa çempionatının finalında mübarizə aparacaq
İdman 17:53 / 25.05.2019

Bakıda keçirilən aerobika gimnastikası üzrə XI Avropa çempionatının ikinci günü maraqlı və gərgin idman mübarizəsi ilə yadda qalıb.
Mayın 25-də böyük gimnastlar mübarizə aparıblar. 
Aerodans proqramında çıxış edən Ayxan Əhmədli, Balaxanım Əhmədova, Nərminə Hüseynova, Nigar İbrahimbəyli, İmran İmranov, Akif Kərimli, Elçin Məmmədov və Mədina Mustafayevadan ibarət komandamız təsnifat mərhələsində 17,350 xalla ikinci olub və finala yüksəlib. Komandamız finalda Rusiya, İtaliya, Macarıstan, Ukrayna və Almaniya kollektivləri ilə birgə mübarizə aparacaq.
Avropa çempionatında fərdi qadın proqramı üzrə təsnifat yarışlarında hakimlərdən 21,300 xal alan Rusiya idmançısı Yekaterina Pixatova birinci olub. Türkiyəli Begüm Ayşe Onbaşı təsnifat mərhələsini ikinci, digər rusiyalı idmançı Tatyana Konakova üçüncü pillədə başa vurublar. İlk üçlükdən əlavə, Bolqarıstan gimnastları Darina Paşova, Ana-Mariya Stoilova, ispaniyalı Belen Quillemot Esterleç, Portuqaliya təmsilçisi Sara Silva və rumıniyalı Sandra Kristina Dinca da finalda yarışacaqlar. Azərbaycan təmsilçiləri Xoşqədəm Quliyeva 25-ci, Nərminə Hüseynova isə 31-ci olublar.
Turnirdə üçlüklərin təsnifat yarışında Macarıstan komandası fərqlənib. Macarıstanlı gimnastların çıxışları hakimlər tərəfindən 22,361 xalla qiymətləndirilib. İlk üçlüyü Rusiyanın və Rumıniyanın ikinci komandaları tamamlayıblar. İlk üç pillədə qərarlaşan komandalarla yanaşı, finalda Rusiya, Rumıniya, Türkiyə, İtaliya-2 və Finlandiya-2 kollektivləri medallar uğrunda mübarizə aparacaqlar.
Avropa çempionatında fərdi kişi proqramı üzrə yarışlarda Rusiya idmançıları uğurla çıxış ediblər. Hakimlərdən 21,950 xal alan Roman Semenov birinci olub. Onun komanda yoldaşı Timur Kulaev 21,500 xalla ikinci pillədə yer alıb. Bolqarıstanlı Antonio Papazov 21,350 xalla ilk üçlüyü tamamlayıb. Azərbaycan gimnastları Vladimir Dolmatov 9-cu, Elçin Məmmədov isə 18-ci yerdə qərarlaşıblar.
Qarışıq cütlüklərin yarışlarında Macarıstan-2 komandası (22,050 xal) bütün rəqiblərini qabaqlayıb. Rusiya-2 kollektivi (21,950 xal) yarışı ikinci, Rumıniya-2 komandası isə (21,650 xal) üçüncü pillədə başa vurub. Azərbaycan komandası 17-ci pillədə yer alıb.
Qrupların təsnifat yarışında Azərbaycan komandası 19,555 xalla yeddinci olub və finala yüksəlib. Bolqarıstan (22,066 xal) bütün rəqiblərini qabaqlayıb. Rusiya (22 xal)  ikinci, Rumıniya (21,983 xal) üçüncü pillədə qərarlaşıb.
Yarışlar başa çatdıqdan sonra mükafatlandırma mərasimi təşkil edilib. Böyüklərin komanda hesabında Rusiya birinci, Rumıniya ikinci, Macarıstan isə üçüncü olub.
Avropa çempionatında 22 ölkədən 400-ə yaxın böyük və gənc gimnast qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aerodans, aerostep (yalnız böyüklər) yarışlarında mübarizə aparırlar.
Yarışlara mayın 26-da yekun vurulacaq

20654 oxunub

InvestAZ