XƏBƏR LENTİ
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



XI Avropa çempionatına son yarış gününə start verilib
İdman 11:06 / 26.05.2019

Bu gün Bakıda aerobika gimnastikası üzrə XI Avropa çempionatının sonuncu – üçüncü gününə start verilib.
Əvvəlcə gənc gimnastlar fərdi qadın və kişi, qarışıq cütlüklər, üçlüklər, qrup, aerodans proqramında medallar uğrunda yarışırlar. Aysel Aslanzadə, Xədicə Quliyeva, Lalə Quliyeva, Fatimə Qurbanova, Emiliya Mahmudova, Eleonora Yusifovadan ibarət komandamız aerodans proqramında birincilik uğrunda mübarizə aparırlar.
Daha sonra böyük gimnastlar medallar uğrunda güclərini sınayacaqlar. Fərdi qadın və kişi, qarışıq cütlüklər, üçlüklər, qrup, aerodans yarışlarında gimnastlarımız iki finalda mübarizə aparacaqlar. Belə ki, Ayxan Əhmədli, Balaxanım Əhmədova, Nərminə Hüseynova, Nigar İbrahimbəyli, İmran İmranov, Akif Kərimli, Elçin Məmmədov və Mədina Mustafayevadan ibarət komandamız aerodans proqramında çıxış edəcək. Qrup komandamız da qitə birinciliyinin finalında yer alır.
Yarışlara bu gün yekun vurulacaq. 

19938 oxunub

InvestAZ