XƏBƏR LENTİ
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024



Şahmat üzrə respublika çempionatının final mərhələsi keçirilir
İdman 20:19 / 24.05.2019

Məktəblər arasında respublika çempionatının proqramına uyğun olaraq, şahmat idman növü üzrə yarışların final mərhələsinə start verilib.
Beş gün davam edəcək oyunlarda zona yarışlarında birinci və ikinci yerləri tutan komandalar mübarizə aparırlar.
Məktəblər arasında respublika çempionatı Təhsil, Gənclər və İdman nazirlikləri, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyası tərəfindən imzalanmış birgə əmrə əsasən keçirilir.
2018-2019-cu tədris ili ərzində keçirilən çempionatda Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən rayon və şəhər ümumtəhsil müəssisələrinin komandaları şahmat, atletika, voleybol və basketbol idman növləri üzrə mübarizə aparırlar.

24093 oxunub

InvestAZ