XƏBƏR LENTİ
18 Aprel 2024
17 Aprel 2024
16 Aprel 2024



Bakıda aerobika üzrə XI Avropa çempionatının təntənəli aşılış mərasimi keçirildi
İdman 16:19 / 24.05.2019

Bu gün Bakıda aerobika üzrə XI Avropa çempionatına start verilib. Çempionatda dünyanın 22 ölkəsindən gimnastlar qüvvələrini sınayırlar.
Mayın 24-də Milli Gimnastika Arenasında açılış mərasimi keçirildi.
Əvvəlcə səhnəyə iştirakçı ölkələrin bayraqları gətirildi.
Avropa Gimnastika İttifaqının (UEG) prezidenti Fərid Qayıbov Avropa çempionatının açılış mərasimində çıxış etdi. UEG-in prezidenti mərasimi giriş sözü ilə açaraq dedi: "Xanımlar və cənablar! Avropa Gimnastika İttifaqının adından hamınızı salamlayıram. Bu gün Bakıda ilk dəfədir ki, aerobika gimnastikası üzrə Avropa çempionatı keçirilir.
Təxminən bir həftə əvvəl Bakı bədii gimnastika üzrə XXXV Avropa çempionatına uğurla ev sahibliyi etdi. Həmişə olduğu kimi aerobika üzrə Avropa çempionatında da təşkilatçılıq işləri yüksək səviyyədədir. Bunun üçün Azərbaycan Gimnastika Federasiyasının (AGF) prezidenti Mehriban xanım Əliyevaya, Təşkilat Komitəsinin bütün üzvlərinə, könüllülərə, gimnastika azarkeşlərinə öz minnətdarlığımızı bildiririk”.
Fərid Qayıbov yarışları açıq elan etdikdən sonra Azərbaycanın Dövlət Himni səsləndi.


23619 oxunub

InvestAZ