XƏBƏR LENTİ
12 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026
01 Aprel 2026
31 Mart 2026



Avropa Liqası:“Qarabağ” qrup mərhələsinə qələbə ilə başladı
İdman 22:50 / 21.09.2023

UEFA Avropa Liqasının qrup mərhələsinin ilk oyunlarına yekun vurulub. Qitənin ən nüfuzlu ikinci klub turnirində ölkəmizi təmsil edən Ağdamın "Qarabağ” klubu da mübarizəyə başlayıb. H qrupunda yer alan komandamız Bakıda Tofiq Bəhramov adına Respublika Stadionunda Norveçin "Molde” klubunu qəbul edib.Görüş "köhlən atlar”ın minimal hesablı qələbəsi ilə yekunlaşıb -1:0. Yeganə qolun müəllifi matçın 56-cı dəqiqəsində fərqlənən Leandro Andrade olub.

Beləliklə, "Qarabağ” klubu qrup mərhələsinə qələbə ilə başlayıb. Bu qrupun digər oyununda Almaniyanın "Bayer 04” klubu öz meydanında İsveç təmsilçisi "Hakken”i 4:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, II turun oyunları oktyabrın 5-də keçiriləcək. Həmin gün "Qarabağ” "Hakken”in, "Bayer 04” isə "Molde”nin qonağı olacaq.


24165 oxunub

InvestAZ