XƏBƏR LENTİ
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024



Bu gün aerobika gimnastikası üzrə Avropa çempionatına start veriləcək
İdman 10:04 / 24.05.2019



Mayın 24-26-da Bakıda ilk dəfə aerobika gimnastikası üzrə Avropa çempionatı keçiriləcək.
Gimnastikanın müxtəlif növləri üzrə bir çox irimiqyaslı yarışlara ev sahibliyi edən Milli Gimnastika Arenası bu dəfə öz qapılarını Avropanın dinamik və enerjili gimnastika növünün təmsilçilərinə açacaq.
3 gün davam edəcək çempionatda aerobika gimnastları medallar uğrunda mübarizə aparmaqla öz aralarında ən güclüləri müəyyənləşdirəcəklər.
Böyük və gənc gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aero dans, aero step (yalnız böyüklər) proqramında yarışacaqlar. Qaydalara əsasən, bir iştirakçı bu kateqoriyaların maksimum 3-də çıxış edə biləcək. Komanda hesabında qaliblər isə 5 ən yaxşı çıxışa görə müəyyən ediləcək. Qeyd edək ki, çempionatda hər bir kateqoriya üzrə təsnifat və final mərhələri baş tutacaq.
Qeyd edək ki, çempionatda 22 ölkədən gimnastların çıxış edəcəyi gözlənilir.


18948 oxunub

InvestAZ