XƏBƏR LENTİ
26 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Çexin ikinci qayıdışı
İdman 17:23 / 22.05.2019

"Arsenal"ın qapıçısı Petr Çex mövsümün sonunda sabiq klubu "Çelsi"yə qayıdacaq. Avropa Liqasının Bakıda keçiriləcək final oyunundan sonra karyerasını bitirəcəyini açıqlayan çexiyalı qolkiper "zadəganlar"ın idman direktoru olacaq. 2017-ci ilin noyabrında Maykl Emanolanın istefasından sonra London klubunda sözügedən vəzifə boş qalıb. Qeyd edək ki, Çex 2004-2015-ci illərdə "Çelsi"nin formasını geyinib. 4 dəfə İngiltərə çempionu və ölkə kubokunun sahibi olan 37 yaşlı qapıçı 3 dəfə də Liqa kubokunu qazanıb. O, 2012-ci ildə Çempionlar Liqası, bir il sonra isə Avropa Liqasında qələbə sevinci yaşayıb.


19311 oxunub

InvestAZ