XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Dünya çempionu həyatla vidalaşıb
İdman 10:00 / 22.05.2019


"Formula1" üzrə keçmiş dünya çempionu Niki Lauda vəfat edib.
Bu barədə avstriyalı idmançının ailə üzvlərinə istinadən "France Presse" məlumat yayıb.
İdmançı mayın 20-də 71 yaşında dünyasını dəyişib. Üçqat dünya çempionu olmuş Lauda 1976-cı ildə ağır qəzaya düşərək, çoxsaylı yanıq xəsarətləri almasına baxmayaraq, cəmi 6 həftə sonra yenidən idmana qayıdıb. O, yanıq xəsarətlərinin yerlərini qırmızı şapkası ilə örtüb.
Niki Lauda karyerasını bitirdikdən sonra idman meneceri, avtomobil yarışı üzrə ekspert, RTL telekanalının Almaniya üzrə icmalçısı, Formula 1 üzrə "Mercedes AMG"-nin Müşahidə Şurasının sədri olub.

18550 oxunub

InvestAZ