XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



IV “Heydər Əliyev kuboku” turnirinə start verilib
İdman 14:48 / 21.05.2019


Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş futbol üzrə IV "Heydər Əliyev kuboku” turnirinə start verilib.
Ənənəvi olaraq keçirilən turnirin ilk günündə "Araz-Naxçıvan” və MOİK komandaları üz-üzə gəlib. Görüşün ilk hissəsində rəqibi iki dəfə mərkəzə dəvət edən Naxçıvan komandası sonda meydanı 3:2 hesab ilə məğlubiyyətə uğrayıb.
Günün ikinci qarşılaşmasında "Şüvəlan” və "Arpaçay” komandaları üz-üzə gəlib. Oyun Bakı klubunun qələbəsi ilə başa çatıb.
Mayın 21-də ikinci turun oyunları keçiriləcək. Saat 11:00-da "Şüvəlan” və "Araz-Naxçıvan” komandaları qarşılaşacaq. 17:30-da isə "Arpaçay” MOİK komandasını sınağa çəkəcək.
Qeyd edək ki, turnirə mayın 23-də yekun vurulacaq. Həmin gün oyundan əvvəl Naxçıvan Muxtar Respublika Stadionunda möhtəşəm konsert proqramı təşkil olunacaq.

22523 oxunub

InvestAZ