XƏBƏR LENTİ
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Milli Gimnastika Arenasında qaliblər mülafatlandırıldı
İdman 14:30 / 19.05.2019

Bu gün Bakıda 35-ci Avropa çempionatının final yarışları keçirilir. Çempionatda 35 ölkənin bədii gimnastı mübarizə yarışır.
Gənclərin qrup hərəkətləri proqramında 5 halqa və 5 lentlə hərəkətlərdə qaliblərin mülafatlandırılma mərasimi keçirildi.
Yarışların nəticəsinə əsasən, 5 halqa ilə hərəkətlərdə qalib adını Rusiya komandası qazanıb. Hakimlərdən 24.450 xal alan şimal qonşularımız fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Gümüş medala isə Ukrayna (23.400 xal) kollektivi layiq görülüb. Bürünc medalı isə boynundan Belarus (23.250 xal) komandası asıb.
Bütün yarışlarda hamıdan güclü olduğunu sübut edən Rusiya 5 lentlə gənclərin qrup hərəkətləri proqramında da 1-ci olub. Şimal qonşularımız hakimlərdən 21.000 xal alıb. Müvafi olaraq 2-ci və 3-cü yerləri İsrail (19.900 xal) və Belarus (19.000 xal) komandaları tutub.
Yarışlara bu gün yekun vurulacaq.

20021 oxunub

InvestAZ