XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Milli Gimnastika Arenasında final yarışları keçirilir
İdman 13:00 / 19.05.2019


Bu gün Bakıda 35-ci Avropa çempionatının final yarışları keçirilir. Çempionatda 35 ölkənin bədii gimnastı mübarizə yarışır.
Yarışların sonuncu günündə gənclər qrup hərəkətləri proqramında 5 halqa və 5 lentlə hərəkətlərdə mübarizə aparırlar. Mədinə Əsədova, Ləman Əlimuradova, Selcan Hacızadə, Milana Əkbərova və Fəridə Səfiyarzadədən ibarət gənclər komandamız 5 halqa ilə yarışlarda iştirak edirlər.
Böyüklər isə fərdi proqramda çoxnövçülükdə qüvvələrini nümayiş etdirirlər. Azərbaycan təmsilçisi Zöhrə Ağamirova isə fərdi proqramda gürzlər və halqa yarışlarında mübarizə aparır.
Yarışlara bu gün yekun vurulacaq.
Tədbirin sonunda Qala-konsert olacaq.
Xatırladaq ki, Bakı 2007-ci, 2009-cu və 2014-cü illərdə də bədii gimnastika üzrə Avropa çempionatına ev sahibliyi edib.

19592 oxunub

InvestAZ