XƏBƏR LENTİ
17 Aprel 2024
16 Aprel 2024
15 Aprel 2024
14 Aprel 2024



Velosipedçimiz Türkiyədə daha bir uğur qazanıb
İdman 11:40 / 19.05.2019

Türkiyədə Beynəlxalq Velosipedçilər İttifaqının 3 mərhələdən ibarət 2.2 kateqoriyalı "Qara Dəniz Turu” davam edir. Yarışın Rize ve Giresun şəhərləri arasındakı 208 km-lik 2-ci mərhələsi yığma komandamız üçün daha bir uğurlu nəticə ilə yadda qalıb.
Məsafəni 4 saat, 41 dəqiqə, 28 saniyəyə başa vuran millimizin üzvü Samir Cəbrayılov bununla da finişi 3-cü keçib və Tokio-2020 Yay Olimpiya Oyunlarına daha 1 lisenziya xalı qazanıb. Digər velosipedçimiz Elçin Əsədov bu dəfə 11-ci olub.
2 mərhələdən sonra ümimi təsnifatda 2 velosipedçimiz ilk 10-luqda qərarlaşır – Samir Cəbrayılov 2-ci, Elçin Əsədov isə 7-cidir. Xatırladaq ki, adları çəkilən velosipedçilərimiz 1-ci mərhələdə müvafiq olaraq 2-ci və 6-cı olmuşdular.
Veloturun sonuncu, 3-cü mərhələsində iştirakçılar 163 km məsafə qət edəcəklər. Xatırladaq ki, heyəti Elçin Əsədov, Samir Cəbrayılov, Mahmud Məmmədov, Kərim Şirəliyev və Mikayıl Səfərlidən ibarət yığma komandamız yarışda baş məşqçi Əbülfəz Məmmədovun rəhbərliyi altında mübarizə aparır.

21167 oxunub

InvestAZ